Zühur üçün dua dilindədir, yoxsa qəlbən dua edirsən?
Ayətullah Ələvi Bürucerdi İmam Mehdinin (əc) zühurundan danışarkən buyurub:
Həzrət Vəliyyi-Əsr (əc) bütün bəşəriyyət üçündür. Biz zühur hadisəsinə münasibətdə təkcə şiə cəmiyyətini görməməliyik. Zühura hamı hazırlaşmalıdır.
Digər tərəfdən İmam yox, biz qeybdəyik. Zülm, əsarət bizə tuşlanıb. Biz zühur üçün dua edirik. Qəlbən dua edirik, yoxsa dualar təkcə dilimizdədir?
İmamın qeybi onunla rabitənin kəsilməsi mənasına deyil. Belə olsaydı dualar mənasız olardı. Mən İmamla rabitə qura bilmirəmsə, bunun müqəssiri özüməm, özümdə nöqsan var. İmam isə aramızdadır.
Qeyb dövründə şiə cəmiyyətində işin idarəsi ruhanilərin üzərinə düşür. Amma şiə ruhani bütün müsəlmanların, bəşəriyyətin qurtuluşu üçün çalışmalıdır. Universitetlərdə ziyalılıq adı altında vəhabi düşüncəsi beyinlərə yeridilir! Məsuliyyətimiz ağırdır.../Vilayet.info