İmana çatmaq üçün hansı 4 əməldən bəhrələnək?
İnsan öz imanını kamilləşdirmək üçün aşağıdakı yollardan istifadə edə bilər.
1-Təfəkkür və dəlillər
Allahın varlığını sübuta yetirən dəlillər haqqında düşünmək insanın imanını gücləndirir. Hikmət, kəlam, ürfan kitablarında sübut olunur ki, bütün varlıq aləmi Allahın iradəsi ilə yaşayır. Allah hər şeyi görür və bütün mövcudlara hətta onların özlərindən də yaxındır. “Hədid” surəsinin 4-cü ayəsində buyurulur: “Harada olsanız, O sizinlədir.”
2-İlahi nişanələr
İnsan təbiət aləmini, müxtəlif heyvanların həyatını, aylı-ulduzlu səmanı diqqətlə müşahidə edərsə böyük yaradıcının nişanələri ilə rastlaşar. Dünya heyrətamiz gözəlliklərə bürünmüşdür. Hətta molekulun da tərkibində nazamlı bir həyat yaşanır. Bu gözəlliklərin rəssamı, bu nizamın qurucusuna həmd olsun!
3-İbadət
Allaha yaxınlaşmaq üçün, eləcə də nəfsin tərbiyəsi üçün ibadət müstəsna rola malikdir. “Hicr” surəsinin 99-cu ayəsində buyurulur: “Yəqin məqamına çatanadək Allahına ibadət et.”
4-Zikr və dua
Ayə və rəvayətlərdə zikr və duanın səmərəsindən danışılır, bu vəsilələrlə Allaha yaxınlaşmaq tövsiyə edilər. Amma zikr və duada qəlbin iştirakı əsas şərtdir./nur-az.