Şaban bitməkdədir, Ramazanı necə qarşılayaq?


İslaminSesi.info – Şaban ayının əvvəl, orta və sonunda oruc tutmaq təkidlə qeyd edilir. Bundan əlavə şabana məxsus münacatlar və namazlar da var. Bəs qarşıdan gələn mübarək ramazanı qarşılamaq üçün bu günlərdə nə etməliyik?

Əbdüssəlam ibni Saleh Hərəvi deyir şabanın sonu idi və mən İmam Rzanın yanına getdim. Şabanın sonuncu cüməsi idi. İmam mənə buyurdu:

“Ey Əba-Səlt! Şabanın çoxu arxada qalıb və bu onun axırıncı cüməsidir. Geridə qoyduğun xətalarını yerdə qalan günlərdə aradan qaldır! Və sənə kömək edəcək şeyləri həyata keçir! Ey Əba-Səlt sənə (mənəvi həyatına) kömək etməyəcəkləri tərk et!

Çoxlu dua və istiğfar et! Quran oxu, günühlarından tövbə et!, Elə olsun ki Allahın ayı sənə üz gətirəndə tər-təmiz olasan. Bu zaman öhdəndə ödənilməmiş və verilməmiş əmanət qalmasın!

Qəlbində heç möminə qarşı kin olmasın! Özünü etdiyin günahdan ayır! Təqvalı ol! Həm aşkarda həm gizlində təvəkkül et ki Allaha təvəkkül edənlərə o kifayət edər.

Şabanın qalan günlərində de: Allahummə in ləm təkun qəd ğəfərtə ləna fi ma məda min şəban, fəğfir ləna fima bəqiyə minhu” (İlahi əgər şabanın arxada qalan günlərində bizi bağışlamamısansa, yerdə qalan günlərində bizi bağışla”


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter