Yemək və ya içmək qana bulaşarsa, nə etmək lazımdır?


Cavab: Şəriət baxımından bədəndən çıxan qan murdar sayılır. Qan hara düşərsə, oranı murdarlayır. Qana bulaşan yeri pak etmək lazımdır ki, murdarlıq yayılıb başqa yerlərə də ötürülməsin. Əgər almanı dişləyən zaman damağın qanı almaya dəysə, bu halda həmin dişlənmiş hissə murdar sayılacaq. Ona görə də almanın həmin bulaşmış hissəsini kəsib tullamaq lazımdır. Qalan hissələri yemək olar. Bununla yanaşı, damaq qanayan zaman ağızda olan tikəni də tüpürmək və bundan sonra ağzı su ilə yaxalayıb pak etmək lazımdır. Stəkanın içinə bircə damcı qan düşərsə, stəkandakı bütün maye murdar olar. Mayeni boşaldıb tullamaq, stəkanı yuyub pak etmək, ağzın da içini yuyub paklamaq lazımdır./ixlas.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter