İmam Musa Kazımı (ə) Həzrət İsaya (ə) niyə oxşatdılar?


İmam Kazım (ə) Məkkənin (ə) kənarından keçirdi. Görür ki, bir qadın ağlayır və ətrafında da bir neçə kiçik uşaq vardır. İmam (ə) qadına yaxınlaşdı və ağlamağının səbəbini soruşdu.
O, dedi: “Mənim bir neçə yetim uşağım vardır. Bir inəyim var idi və onun südü ilə həyatımızı təmin edirdim. İndi həmin inək ölübdür”.

İmam (ə) buyurur: “İstəyirsənmi ki, o inəyi dirildim?”. Qadın deyir: “Bəli, ey Allah bəndəsi!”. İmam (ə) kənara çəkildi və iki rükət namaz qıldı. Sonra əllərini dua üçün qaldırdı. Ayağa qalxıb, inəyin cəsədinin yanına gəldi. Fəryad çəkib, çubuqla ona vurdu. İnək ayağa qalxdı.

Qadın inəyi diri görən zaman fəryad çəkdi və dedi: “Kəbənin Allahına and olsun ki, bu ağa – İsa ibni Məryəmdir (ə)”.
İnsanlar toplaşdı və insanların sayı artanda İmam (ə) yavaşca gözlərdən itdi. (İslami saytlara istinadən)/Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter