Qəbr əzabından xilas olmaq üçün hansı 8 əməlləri etmək lazımdır?


Hədislərimiz qəbir əzabından xilas olmağın bir neçə yollarını göstəriblər ki, onlara işarə edək.

1. Bəzi günahları tərk etmək.
a). Dedi-qodu etmək. Əmirəl-möminin (ə) buyurur: “Qəbir əzabı dedi-qodu edən, nəcisindən paklanmayan, kişinin qadınından uzaqlaşmasından meydana gələr ki, öz yatağını ayırar. Yemək və yatmaqda ondan uzaq olar”.
b). Neməti zay etmək. Həzrət Peyğəmbər (s) buyurur: “Mömin üçün qəbir əzabı - zay etdiyi nemətlərin kəffarəsidir”.
c). Ailəsi ilə kobud olması. Hədislərin buyurduğuna görə, Həzrət Peyğəmbərin (s) dostlarından olan Səyidin qəbir əzabı ailəsi ilə kobud rəftarına görə olmuşdur.

2. Namazın rükusunu tam və kamil şəkildə yerinə yetirmək.
3. “Zuxruf” surəsini davamlı oxumaq.
4. Hər cümə “Nisa” surəsini oxumaq.

5. Gecə namazı qılmaq.
6. Yatan zaman “Təkasur” surəsini oxumaq.
7. Meyiti qəbrə iki yaş çubuqla bir yerdə qoymaq.
8. Rəcəb ayının 4 və Şəban ayının 12 gününü oruc tutmaq.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter