Rabitələri xarab edən 10 virus hansılardır?
İnsan ictimai varlıqdır və ona görə də ehtiyaclarını ödəmək üçün başqa insanlarla rabitə qurmağa məcburdur.
Əgər başqaları ilə rabitə quran zaman məharətli olarsa, işlərində də müvəffəq olar. Əks halda, həyatı elə də asan keçməz. Bəzi rabitə vurusları vardır ki, insanlarla ünsiyyət və rəftarda insana ancaq ziyan gətirir. Bu virusları tanıyaraq, onlardan çəkinməyə çalışaq. (Tebyan)
1. Təkrar-təkrar nəsihət vermək. Nəsihət vermək qarşı tərəfin eyiblərini aradan qaldırmaq üçün ona yardım edən əməllədəndir. Ancaq hər bir əməldə olduğu kimi, nəsihət verən zaman da həddi aşmaq olmaz. Bir mövzu haqqında təkrar-təkrar nəsihət vermək rabitələri xarab edər və qarşı tərəfə fayda verməz.
2. Davamlı olaraq təzəkkür vermək. Əgər insan bir başqası tərəfindən davamlı olaraq təzəkkür eşidərsə, həmin mövzuya olan əlaqəsi azalar və qarşı tərəfə kin bəsləməyə başlayar. Bu da rabitələrin pisləşməsinə səbəb olar.
3. Qınamaq və məzəmmət etmək. Bir insanı yersiz yerə qınamaq və məzəmmət etmək – rabitələri xarab edən amillərdəndir.
4. Minnət qoymaq. Əgər yaxşı iş görən zaman savab qazanmaq istəyiriksə, gərək onu minnətsiz edək. Əgər minnət qoyarıqsa, o zaman həm həmin əməlin savabı əldən gedər, həm də qarşı tərəf bizə kin bəsləyər.
5. Müqayisə etmək. Başqaları ilə rabitədə müqayisədən çəkinmək lazımdır. Çünki insanı bir başqası ilə müqayisə etmək şəxsiyyətini alçaldar və ona mənəvi zərbələr vurar. Nəticədə isə rabitələr aradan gedər.
6. Çoxlu mübahisə etmək. Dinimiz mübahisə etməyi bəyənmir və ondan çəkinməyi tövsiyə edir. Çünki mübahisə insana ziyandan başqa bir xeyir verməz.
7. Mənfi olduğu damğası vurmaq. İnsanları pis olmaqları ilə günahlandırmaq – dinimizin nəzərinə görə bəyənilməyən əməllərdəndir. Heç bir kəsin haqqı yoxdur ki, bir başqasına mənfi olmaq damğası vursun.
8. Mənfi insan olacağını qabaqcadan söyləmək. Heç kəs qarşı tərəfin necə insan olacağını qabaqcadan deyə bilməz. Çünki yaşadığımız həyatda elə hadisələr baş verir ki, insanın şəxsiyyətini və xasiyyətini dəyişdirə bilir.
9. Davamlı olaraq ondan şikayətlənmək və gileylənmək. Bir başqası haqqında davamlı olaraq şikayətlənmək – ictimai rabitələrə zərbə vuran ən böyük amillərdəndir. Qarşı tərəfdə mənfi fikir yaradır və rabitələri xarab edir.
10. İttiham etmək. Dinimiz buyurur ki, əgər əlində dəlil yoxdursa, qarşı tərəfi ittiham edə bilməzsən. Əgər həqiqətən də səhv iş görübdürsə də, gərək böyüklük göstərib onu bağışlayasan. Çünki insan əgər qarşı tərəfi yanlış yerə ittiham edərsə, böyük günah olan töhmətə düçar olar. Əgər doğru yerə ittiham edərsə, ictimai rabitələrini korlamış olar. Hər iki halda da ittiham etmək rabitələrin virusu sayılır./Deyerler.