Kimlər Qiyamət günü kor məhşur olacaqlar?


Qurani-Kərim buyurur: “(Qəlbi) bu dünyada kor olan kəs axirətdə də kordur və o, (səadət) yolu(nu) çox azmışdır”. (“İsra” 72).

Əvvəl gərək baxaq görək, bu dünyada kor olanlar kimdirlər? Əlbəttə ki, kor deyildikdə, qəlb gözü nəzərdə tutulur. Bu sualın cavabını da Quranda tapmaq olar ki, buyurur: “Məni yad etməkdən üz döndərən kəs üçün isə (qeyb aləmindən qırıldığı, nəfsi qane olmadığı, gözü doymadığı, arxalandığı dayaqlar süst olduğu və hadisələrdən qorxduğu üçün, var-dövləti çox olsa belə) mütləq sıxıntılı həyat olacaqdır və Qiyamət günü onu Məhşərə kor gətirərik”. (“Taha” 124).

İmam Baqir (ə) bu ayənin təfsirində buyurur: “O kəsi ki, səmanın və yerin yaradılışı, gecə və gündüzün gəlib-getməsi, ulduzların, Günəşin və Ayın hərəkəti gizli olan ən böyük həqiqətlərdən agah etməzsə, axirətdə kordur və yolunu azmışlardandır”.

O kəs ki, dünyada Allahı tanımaqdan üz çevirər və Allahın xilqətindəki nizamı, Allahın qüdrətini, yeganəliyini, elm və hikmətini görməməzliyə vurarsa və Allaha inanmazsa, bu cür insan həqiqətlərə göz bağladığı üçün dünyada qəflətdə, axirətdə isə kordur. Qəfləti və dinə qarşı laqeydliliyi axirətdə ona korluq şəklində qayıdacaqdır./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter