Allahdan hansı münacatla 10 il ömrünün uzanmasını qazandı?!


Hacı Mirzə Əli Yəzdi, Hacı Muhəmməd Rəhimin oğludur və o, atası haqqında belə danışır: “Atam hər axşam məscidə camaat namazına gedərdi və sonra da Aşura ziyarətini oxuyardı. Bir gün çox pis xəstələnir. Yatağa düşür və deyir ki, məni məscidə aparın. Nə qədər dedik ki, orada səni rahat edə bilmərik. Dedi ki, yox, məscidə istəyirəm. Bir gecə halı çox pisləşdi və onu evə gətirdik.

Artıq nəfəsi gəlmirdi və əmin olduq ki, ölübdür. Ona görə oturub, dəfn mərasimini müzakirə etməyə başladıq. Səhər açıldı və birdən atam məni və qardaşımı çağırdı. Heyrətdən donub qalmışdıq. O, tər içində idi və dedi ki, ölmək fikri yoxdur, narahat olmayaq. Yataqdan qalxdı və onu hamama apardıq və sanki heç xəstə deyilmiş. Həcc mərasimi yaxınlaşırdı və atam da həccə hazırlaşırdı. Biz onu ötürməyə getdik və o, bizə dedi ki, heç mənim niyə ölmədiyimi soruşmursunuz. Sonra danışmağa başladı.

Dedi ki, artıq ölüm ayağında idim və özümü yəhudilərin yanında hiss etdim: “Burnuma onların pis iyləri gəlirdi. Başa düşdüm ki, onlarla bir cərgədə olacağam. Ona görə ah-nalə etməyə başladım. Mənə nida gəldi ki, bura həcci tərk edənlərin yeridir. Dedim ki, bəs mənim ibadətlərim və Həzrət Seyyidi-şühədaya (ə) xidmətlərim necə olacaq? Bu zaman gördüm ki, hər yer gözəlləşdi və mənə xitab gəldi ki, əməllərin qəbul olmuşdur. O Həzrətin (ə) şəfaətinə görə ömrümü on il də artırdılar və mənə həccə getmək üçün fürsət verdilər””. (Əndişeyi-Qum saytı)

Bəli, bu ibrətli əhvalatdan belə nəticə çıxartmaq olar ki, həcc elə bir vacibatdır ki, onu təxirə salmaq olmaz. Kim onu təxirə salsa, yəhudilərlə bir cərgədə olacaqdır. İkincisi isə Həzrət Seyyidi-şühədaya (ə) təvəssül etmək tövbələrimizin qəbul olmasına səbəb olar. Həzrətə (ə) təvəssül edərək, aqibətimiz xeyirli olar və dünyadan pak gedərik./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter