Bir ananın İmam Hüseynə (ə) olan eşqi övladına hansı üstünülyü bağışladı?
Hüccətil-İslam Muhəmmədtəqi Fəlsəfi ali məqama çatmasında anasının rolu barəsində buyurur: “Anam çalışırdı ki, övladlarını pak, fəzilətli və imanlı tərbiyə etsin. Mən belə düşünürəm ki, ana üçün ən üstün vəzifə - övlad tərbiyəsidir. O, atam üçün də sevgi dolu bir həmdəm idi. Bu gözəl banunun rəftarı atamın ruhiyyəsində xüsusi təsir qoyurdu, xüsusilə də tədqiq, mütaliə və tədris mövzularında”. (Həvzəh)
Alim davam edir: “Mənim minbər əhli olmağım da anamın istəyidir. Hətta bir müddət anamla atam arasında bu barədə söhbətlər olmuşdu. Atam belə düşünürdü ki, mən gərək dərs oxuyam. Ancaq anam deyirdi ki, mən gərək minbərə gedəm. Nəhayət bu qərara gəldilər ki, şənbə gününün sübhündən çərşənbə gününün axşamına qədər dərs oxuyam. Cümə axşamı günündən cümə gününə qədər də minbərə gedəm. Bu yolla İmam Hüseynə (ə) aşiq olan anam arzusuna çatdı və məni minbər əhli etdi”./Deyerler.