Şəxsi inkişaf yönündə hər gün özümüzə verməli olduğumuz 10 sual hansılardır?


İnsan öz şəxsiyyətini inkişaf etdirməsi üçün, agahlığa ehtiyac duyur. Əgər insan getdiyi yolu düzgün seçə bilməzsə, ziyandan başqa bir şey əldə etməz.
Əgər həyatımızda düzgün yolda irəlilədiyimizi bilmək istəyiriksə, hər gün özümüzə bu on sualı verməliyik.

1. Bu gün dünəndən daha yaxşıyammı? Əgər bu gün gördüyüm əməllər və gözəl işlər dünənkindən çoxdursa, deməli inkişaf yolunda qərar tuturam.
Özünüzü başqaları ilə deyil, məhz özünüzlə müqayisə edin. Hər kiçik dəyişikliyi belə, nəzərinizdən qaçırtmayın. Günün sonunda özünüzə etimadı gücləndirmiş olacaqsınız. Əldə etdiklərinizə görə şükür edəcəksiniz.

2. Bu gün şəxsiyyətimi yaxşılaşdırmışammı? Şəxsyyət o şeydir ki, insan onunla tanınar. Şəxsiyyətimizi sədaqət, şəfqət, mehribanlıq, başqalarına yardım etmək kimi sifətlərlə inkişaf etdirməliyik. Bu iş tədrici olur və bir dəfəyə alınmır. Ona görə də hər gün özümüzə bu sualı verərək, müsbət sifətlərimizi yada salaq və onlardan istifadə etməyə çalışaq.

3. Bütün gücümlə çalışırammı? Hər gün özünüzdən soruşun ki, bir işi görən zaman ona nə qədər enerji qoyursunuz? Bəzən bir işə az enerji sərf edirik, ancaq gözləntilərimiz çox olur. Əgər inkişaf etmək istəyiriksə, gərək bir işi görən zaman var gücümüzlə onu yerinə yetirməyə çalışaq.

4. Təzə nə öyrənmisən? İnsan hər gün təzə bir şey öyrənməlidir ki, inkişaf edə bilsin. İstər elm sahəsində olsun, istərsə də əxlaq. Misal üçün, qəzəbimi yatızdırmaq üçün bu gün təzə nə öyrənmişəm? Mühüm olan budur ki, agahlıq səviyyəmizi artıraq.

5. Bu gün sağlamlığım barəsində nə etmişəm? Hər günün sonunda bu sualı özünüzə verin və baxın görün, gün ərzində nə yemisiniz, nə içmisiniz, idman etmisinizmi? Yedikləriniz faydalı olubdurmu?

6. Yaşadığınız mühiti qorumusunuzmu? Biz Yer kürəsində yaşadığımız üçün, onun sağlam olması bizim sağlam olmağımız deməkdir. Əgər yaşadığımız mühitə az da olsa ziyan vururuqsa, bu ziyan bir gün özümüzə geri qayıdacaqdır. Baxın görün gün ərzində nə qədər kağızdan istifadə etmisiniz, öz maşınınızda nə qədər benzin işlətmisiniz?

7. Yaxınlarınıza sevginizi göstərə bilmisinizmi? Bir çoxlarımız gündəlik həyatın məşğuliyyətlərinə o qədər qapılırıq ki, yaxınlarımızı və əzizlərimizi unuduruq. Əgər bu suala mənfi cavab verirsinizsə, onu həmin anda islah etməyə çalışın.

8. Həyat yoldaşımla vaxt keçirirəmmi? Müştərək həyat bir-birinin yanında yaşamaq demək deyildir. Cütlər gərək müştərək xoşbəxtliyin amillərini bir-birləri üçün hazır etsinlər və bir yerdə vaxt keçirməyi öyrənsinlər.

9. Kiməsə kin bəsləmisənmi? Yatağa uzanmazdan əvvəl özünüzə bu sualı verin və baxın görün ki, gün ərzində kimsə sizi narahat edirdirmi? Əgər belə olubdursa, həmin şəxsi bağışlamağa çalışın.

10. Həyatdan razısınızmı? Hədəfə çatmaq – hər bir insan üçün xoşbəxtlik əlamətidir. Ancaq razılıq hissi – daxili bir hissdir və bizim xarici müvəffəqiyyət qazanmağımızdan asılı deyildir.

İnsan gərək hər gün Allahın ona inayət etdiyi nemətləri yadına salsın və buna görə şükür etməyi bacarsın./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter