Im. Kazim (ə) hansı elmi mömin şəxs faydalı bilik olaraq tanıtdırdı?


İmam Kazim (ə) buyurdular: \"Hz Peyğəmbər (s) məscidə daxil oldular və gördülər ki, bir dəstə bir kişinin ətrafını almışlar. Hz. (s) buyurdular: Nə xəbər olub? Dedilər: Çox bilikli adam gəlib! buyurdular (s): Çox biliklilk nə deməkdir? Ərəb millətinin nəsil və onların başına gələnlər haqda çox biliyə sahib olan şəxsdir, eləcə də Ərəb şeir və hadisələrinə! İmam Kazim (ə) buyurdu: Hz. Peyğəmbər (s) buyurdu: Bunlar bir dəstə elmlərdir ki, əgər bir şəxs məlumatsız olsa ona zərər yetişməz, və əgər bir şəxs ona alim olarsa xeyiri çatmaz.

Sonra Hz. Peyğəmbər (s) buyurdular: Həqiqətən elm 3 dəstədir:
1-Möhkəm ayə, yəni o dəstə biliklər ki, insanın iman və əqidəsini möhkəmlədə,
2-Tənzimləyən vacibatlar, yəni insan şəriətini bilə ki, onlara əməl etmək cəmiyyətdə ədalətin bərqərar olunmasına kömək edə,
3-Möhkəm sünnətlərə alim olmaq, yəni məsumların əxlaq və rəftarlarına uyğun yaşayış tərzi. bu üç dəstə elmlərdən başqa bütün məlumatlar fəzilət və üstünlükdür.

Mənbə: Usul-Kafi, c-1, səh: 37; Əmali Səduq, səh: 267; Münyətil-Mürid, səh: 113


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter