Həzrət Peyğəmbərin (s) həmişəyaşar möcüzəsi nədir?
Həzrətin həmişəyaşar möcüzəsi Qurani kərimdir. Quran təkcə söz ustalığı cəhətindən deyil, həm də məna cəhətindən, ilahi əhkam və qanunlar baxımından da əbədi möcüzədir.
Bəşər elmi nə qədər inkişaf etsə və təbiətin sirlərini kəşf etsə də, yenə də islamın əbədi rəmzi olan Quranın haqq olması daha da aydın olacaq. Quranda hər şeydən artıq Allaha pərəstiş, Allahın zatda və sifətdə vahid olması, Onun cəlal və cəmal sifətləri, yaranışın əzəməti, haram və halal, təbii elmlər, keçmişdəki ümmətlərin ibrətamiz hadisələri və ictimai qanunlar, hesab günündən (qiyamət) və böyük ilahi peyğəmbərlərin və keçmiş ümmətlərin başına gələnlərdən ibrət və s. bəyan olunur.
“Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər.” (“İsra” surəsi, ayə 88.)/nur.az