İnsanda hansı pis sifət Allaha qarşı böyük günah olan suizəni yaradar?


Tamah elə bir rəzil sifətdir ki, insanın şəxsiyyətini alçaldar və dəyərini azaldar. İnsan özünü dünyanın əsiri edər. İzzətini onun qarşılığında satar və abrını əldən verər. (Erfan)
Tamahın fərdi və ictimai təsirləri vardır ki, onlarla tanış olaq:

1. Tamah və hərislik insanı əbədi əziyyətə giriftar edər.
2. Tamahkar heç bir zaman tox olmaz və əgər bütün dünya onun olsa, yenə də özünü yoxsul hesab edir.

3. Tamahkar yoxsul kimi yaşayar və yoxsul kimi də ölər. Ancaq Qiyamət günü zənginlər kimi hesaba çəkilər.
4. Tamah insanı həlak edər, çünki tamahkar hərisliyinə görə ətrafında olan təhlükələri görməz və sürətlə irəli gedər.

5. Tamah insanın abırını aradan aparar və dəyərini nəzərlərdə alçardar. Çünki tamahkar insan öz məqsədinə çatmaq üçün ictimai məqamına diqqət etməz və boynuna zəncir salınmış əsir kimi o tərəf-bu tərəfə qaçar.

6. Tamah insanı bir çox günahlara salar. O cümlədən: yalan, xəyanət, zülm, insanların haqqını qəsb etmək...
7. Tamah insanı Allahdan uzaqlaşdırar və Allah bəndələrinin nəzərində onu kiçildər.
8. Tamahkar o qədər mal toplayar ki, ondan faydalanmaz, başqası faydalanar.

9. Tamah – insanın Allaha sui-zənn etməsinin nəticəsidir.

İmam Sadiq (ə) buyurur: “Əgər gözünün aydın olmasını istəyirsənsə, dünya və axirət xeyrini əldə etmək istəyirsənsə, başqalarının malik olduqlarından tamah gözünü çək”./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter