Övladlarımızı təbiyə edən zaman hansı nəsihətləri edək?
Valideyin övladına nəsihət edərkən bu cümlələri xatırlatmağı unutmamalıdır:
1-Övladım üç dəstə insanlar sənin dayağındırlar onlardan qorxma söz dinlə: Ata, Ana və Qardaşın,
2-Övladım dünya və axirət xoşbəxtliyi üçün üç şeydən uzaqlaşma, Quran, iman və duadan,
3-Övladım rahat yaşamanı istəyirsənsə üç işi görmə: Yalan danışmağı, riyakarlığı və zinakarlıqdan uzaq ol,
4-Övladım üç şeydən uzaq dur: Oğurluq, arsızlıq (laqeydlik) və həyasızlıq - günahlarına bəhanə düzəltməkdən,
5-Övladım üç şeydən qaç ziyanı dəyməsin sənə: Qeybətdən, pis söz danışmaqdan və görmədiyinə tez inanmaqdan,
6-Övladım üç şeyə diqqəti olub əhəmiyyəlti yanaş, Ata, böyük və rəhbər sözünə tabe ol,
7-Övladım üç şeyin dalınca olma dəyərsiz nəticələri gətirər: Tez küsməyə çalışma, söyüş söymə və kin bəsləmə,
8-Övladım üç şeyinə sahib ol: Əlinə, belinə və dilinə.