Bir kəsin rastına ailə quracağı şəxsin çıxmasını alın yazısı kimi yozmaq olar?


Cavab: İnsanların bir-birinə rast gəlməsi onların öz iradəsi ilə də baş verə bilər, özlərindən asılı olmadan da baş tuta bilər. Bu mənada bir kəsin öz gələcək həyat yoldaşı ilə heç özünün xəbəri olmadan, təsadüf kimi görünən bir vəziyyətdə rastlaşması mümkündür. Lakin bu, onların məsuliyyətini qətiyyən azaltmaz. İnsanlar özlərindən asılı olmadan bir-birinə rast gəlsələr də, öz istəkləri əsasında ailə qurmalıdırlar. Bir-birinə rast gələn şəxslər ailə qurduqdan sonra uğursuzluqla üzləşsələr, bunun məsuliyyətini taledə və ya başqa adamlarda deyil, özlərində axtarmalıdırlar. Çünki ailə qurmazdan əvvəl yaxşıca düşünməli, bütün müsbət və mənfi cəhətləri ölçüb-biçməli idilər. Əksinə, əgər qurulan ailə uğurlu alınırsa, bunun da səbəbini özlərində görməli və düzgün qərar qəbul etmələrinə şərait yaratdığı üçün Allaha şükür etməlidirlər./ixlas.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter