İmam Əli (ə) zəkat haqqında səhabəsi Kümeylə hansı tapşırığı verdi?
İslam mətnlərində insanlara yardım etmək, onların qayğısına qalmaq, işlərinə kömək göstərmək haqqında çoxlu tövsiyələr vardır. İmam Əlinin (ə) bu haqda çoxlu sifarişləri vardır. Bu barədə həzrətin Kumeylə olan üç nəsihətini təqdim edirik:
Ey Kumeyl! Xeyir-bərəkət o kəsin malındadır ki, zəkat verir, möminlərə kömək və xeyirxahlıq edir və yaxınları və qohumları ilə əlaqə saxlayıb onlara ehsan və yaxşılıq edir.
Ey Kumeyl! Öz qohumların və yaxınlarından olan möminlərə səninlə qohum olmayan sair möminlərdən daha artıq əl tut və onlara qarşı daha artıq mehriban və mərhəmətli ol və yoxsullara da sədəqə ver.
Ey Kumeyl! Səndən bir şey istəyən heç bir kəsi əli boş qaytarma, hətta, yarım dənə üzüm giləsi də olsa ona ver. Çünki, sədəqə Allah dərgahına ucaldıqca böyüyür./nur.az