Allahın dininə qarşı pusquda duran “müsəlman” hansı əməl sahibidir?
O Allaha inandığını dilə gətirsə də onun dini və Peyğəmbəri ilə döyüşə qalxır.
İslaminSesi.info – Möminin izzəti, abrı, həyası, adı və sanı Kəbə evinin ehtiramından da üstündür. Bu, hədislərdən əxz olunub. O qədər onun ehtiram və abır-həyası mühümdür ki ona böhtan atılanda Allahın ərşi titrəyər.
Məsələn Quranda gələn bəzi hökmlərdə möminin ad-sanının qorunub saxlanılmasının nə qədər vacib olduğunu görürük. Xüsusilə də bu bir möminə xanım qarşı həyata keçirilərsə. Kimsə bir müsəlman və möminə xanıma iftira atarsa 4 şahid gətirmək məcburiyyətindədir. Hal bu ki bir şəxsin qatil olduğunu göstərmək üçün 2 şahidin gətirilməsi kifayət edər.
Buna görə mömin, şəxsiyyət baxımından terror edilərsə Allahın ərşi titrəyər sanki.
Üsuli Kafi əsərində (cild-4, səh-53) Peyğəmbərdən belə bir hədis gəlibdir:
“Peyğəmbər buyurub: Mütəal Allah buyurub ki, mənim dostlarımdan birinə (möminlərə) böhtan və iftira yağdıran şəxs elə bil mənimlə döyüşə qalxır və pusquda durmuş sayılır. Mən o zaman dostlarımın yardımına gedərəm”