Dilin aşkar etdiyi 10 xasiyyət hansılardır?


İmam Əli (ə) buyurur: “İnsanda 10 sifət vardır ki, dil onları aşkar edər:

1. Dil şahiddir ki, daxildən xəbər verər.
2. Hakimdir ki, davalara son verər.
3. Danışandır ki, onun vasitəsilə suallara cavab verilər.

4. Vasitədir ki, onunla çətinliklər həll olar.
5. Vəsf edəndir ki, onunla əşyalar tanınar.
6. Rəhbərdir ki, yaxşılıqlara əmr edər.

7. Nəsihət verəndir ki, pisliklərdən saxlayar.
8. Təskinlik verəndir ki, qəmlər onunla təskinlik tapar.
9. Onun vasitəsilə kinlər aradan gedər.
10. Ürəkləri oğurlayandır ki, qulaqlar onun vasitəsilə ləzzət alar”./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter