İmam Zaman ağanın (ə.f) diqqətini necə cəlb edək?


İmamın (ə.f) intizarında olan bir cəmiyyət, xalis və sağlam əmələ malik olan cəmiyyət olmalıdır. O cəmiyyət ki, fəsada düçar olar, İmamın (ə.f) zühuruna hazır olduğunu iddia edə bilməz. (Erfan)

Ayətullah Lənkərani tələbələrdən birindən belə bir əhvalat nəql etmişdir: “Uzun illərdir ki, vüsala çatmaq üçün əziyyət çəkirəm, göz yaşı tökürəm və Səhlə məscidi mənim bu dediklərimin şahididir. Hətta qərb elminə belə müraciət etdim, ancaq yenə də nəticəsiz oldu. Həyatımın hər bir sahəsində Həzrətin (ə.f) iştirakını hiss edirəm, ancaq hüzurunda olmaq susuzluğum hələ də yatmır. Ey kaş arzuma çatardım!

Dediklərinə görə, qıfıl düzəldən qoca kişinin mağazası buralarda olmalıdır və burnuma tanış ətirlər gəlir. Bu nur həmin mağazadan gəlirdi. Bəli, bu insan Yusifi Fatimədir (ə). Nəhayət arzuma çatdım. Ürəyim tez-tez vurur və ayaqlarım titrəyir. Mən mağazaya daxil oluram. O, bizim hüccətimizdir. Salam verirəm. Həzrət (ə.f) aramlı halda mənim cavabımı verir. Sonra həmin qoca ilə söhbətinə davam edir.
Görəsən bu kişi nə etmişdir ki, Həzrət (ə.f) özü onun görüşünə gəlmişdir?

Birdən qoca bir qarının sözləri fikirlərimi dağıtdı. Siması yorğun, səsi titrəyən və paltarları köhnə idi. Ümidsiz halda bir qıfılı kişiyə göstərdi: “Mümkündürmü ki, bu qıfılı məndən üç dirhəmə satın alasan? Mənim pula ehtiyacım vardır. Bazarı gəzdim və yoruldum, heç kəs bu qıfılı almaq istəmir”. Qoca kişi qıfılı aldı və ona baxdı. Heç bir eybi yox idi. Dedi: “Xanım! Bu qıfıl səkkiz dirhəm edər”. Sanki dünyanı həmin qadına verdilər və pulu alıb, kişiyə dua edərək mağazadan çıxır.

Həzrət (ə.f) üzünə mənə çevirib buyurur: “Ey əziz! Bu mənzərəni gördün? Buna görədir ki, biz sizin sorağınıza gəlirik. Lazım deyildir ki, əziyyət çəkəsən, sağlam əməlin olmalıdır. Gərək müsəlman olasan ki, səninlə həmkarlıq edim. Bu şəhərdə mən bu qocanı seçmişəm. Çünki dindardır və Allahı da tanıyır. Bu da verdiyi imtahanlardan biri idi. Bu qoca qarı bazarın əvvəlindən ehtiyacı olduğunu elan etmişdi. Onu ehtiyaclı görən zaman əlindəkini ucuz almaq istəyirdilər. Heç kəs ona üç dirhəm belə verməyə hazır deyildi. Ancaq bu kişi onu səkkiz dirhəmə aldı. Mən hər həftə onun sorağına gəlirəm. Onun halını soruşuram””.

Bəli, İmamın (ə.f) diqqətini cəlb edən şey – ancaq saleh və xalis əməldir.
Ona görə də hər bir müsəlman öz əməlinə diqqət etməli, ictimai və iqtisadi haqları düzgün yerinə yetirməlidir./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter