Əməllər necə batil olur? Nə edək ki, əməllərimiz heçə getməsin?
\"Ey iman gətirənlər (şəriət hökmlərində) Allaha itaət edin, Onun peyğəmbərin(in şər’i vəzifə yaradan əmrlərin)ə itaət edin və öz (xeyir) əməllərinizi (dindən çıxmaq, Allaha və xalqa minnət qoymaq və əməlin puç olmasına səbəb olan digər günahlarla) batil etməyin”. (“Muhəmməd (s)” 33).
Ayə və hədislərdən belə nəticəyə gəlmək olur ki, bəzi əməllər insanın saleh əməllərini batil edir. Onlarla tanış olaq:
1. Ehtiyacı olanlara minnət qoymaq və onlara əziyyət vermək – infaqın savabını batil edər.
2. İlahi rəhbərlərə qarşı ədəbsizlik etmək – əməlləri batil edər.
3. Təkəbbür və həsəd əməlləri batil edər. İmam Sadiq (ə) buyurur: “Həsəd yaxşılıqları məhv edər, necə ki, atəş odunu yandırar”.
4. Allaha şirk etmək.
5. Şirkin bir növü olan riya da əməlləri batil edər. (Həvzəh)
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim bir “Sübhənallah” deyər, onun üçün behiştdə ağac əkilər”. Bir nəfər deyir: “Deməli, bizim behiştdə çoxlu ağaclarımız vardır”. Həzrət (s) yuxarıdakı ayəni oxuyur və buyurur: “Ehtiyatlı olun və ondan sonra atəş göndərməyin ki, onları yandırsın”.
Yuxarıdakı ayədən çıxartdığımız nəticələr:
1. İman lazım edir ki, mömin Allahın və Peyğəmbərin (s) əmrlərinə təslim olsun və itaət etsin.
2. Dinin əmrləri iki növdür: Allah tərəfindən olan sabit əmrlər və İslam hakimi tərəfindən verilən dəyişən əmrlərdir ki, zərurət və ehtiyaclara əsasən hökm olunar.
3. İslam Peyğəmbəri (s) məsumdur. Ona itaət etmək vacibdir.
4. Möminlər öz imanları ilə məğrur olmamalıdırlar ki, əməlləri batil ola bilər./Deyerler.