Hamıdan yaxşı o kəsdir ki, ömrün keçib-getmə sürətini bilsin...?!
Rəsuli-Əkrəmdən (s) olan gözəl moizələr:
-Tamahkarlığı dünyaya məhəbbət bəsləyən qəlbdən silmək mümkün deyil. Pəhrizkarlıq şəhvət düşkünü olan qəlbə heç vaxt daxil olmaz. Şəhvət düşkünü olan qəlb məlaikələr aləminə pərvaz etməkdən məhrumdur. Bu fəzilət din işlərində hər bir kişiyə kifayət edər ki, namazına vaxtlı-vaxtında riayət etsin. Yalançılığın əvvəlinci əlaməti budur ki, eşitdiyin hər bir şeyi nəql edəsən.
-Nadanlığın əvvəlinci əlaməti budur ki, bildiyin hər bir şeyi aşkar edəsən. Elminə əməl edən alimin hörməti şəhidlərə və siddiqlərə olunan hörmət qədərdir. Sizlərdən ən yaxşısı odur ki, bütün səy və himmətini (ciddi-cəhdini) axirətə yönəldib. Sizlərdən ən yaxşınız odur ki, fəqirliyə razı olsun, camaatdan kənar gəzsin və özünün din və təqvasını qorusun (bir halda ki, onlarla əlaqə saxladıqda özü günaha düşsün və onları islah etmək qüdrətinə də malik olmasın.) Sizlərdən ən yaxşısı odur ki, Allah ona özünə malik olmaqda kömək etsin.
-Hamıdan yaxşı o kəsdir ki, ömrün keçib-getmə sürətini bilsin və səfərə hazır olsun. Sizdən ən yaxşısı odur ki, onunla görüşməyiniz sizə Allahı xatırlatsın. Sizlərdən ən yaxşısı odur ki, danışığı sizin elminizi artırsın. Sizlərdən ən yaxşısı odur ki, sizi xeyir iş görməyə dəvət etsin. Sizlərdən ən yaxşısı o kəsdir ki, fəqirliyə razı olsun və dünyanı özündən aşağı bilib ondan vaz keçsin.
-Sizlərdən ən yaxşınız odur ki, eyiblərdən uzaq olsun. Sizlərdən ən yaxşınız odur ki, günahdan çəkinsin, sizin ən yaxşı əməlləriniz odur ki, sizin axirətinizi islah etsin. Ən yaxşı xeyir əməllər onlardır ki, daimi olsun; hərçənd, az da olsa, ən yaxşı qardaşlar onlardır ki, sizə axirət işlərində kömək etsinlər./nur.az