İmam Baqir (ə) oğlu İmam Sadiqi (ə) hansı əməllərdən çəkinməyə əmr etmişdir?


Süfyan Suri deyir: Həzrət İmam Sadiqə (ə) ərz etdim: Mənə nəsihət edin! İmam buyurdu: “Süfyan! Kim qövm və qəbiləsi olmadan izzət sahibi, heç bir malı olmadan ehtiyacsız və heç bir qüdrəti olmadan cəlal sahibi olmaq istəyirsə, gərək günah zillətindən itaət izzətinə daxil olsun”.
Dedim: Ey Peyğəmbərin övladı! Daha artıq izah edin! Həzrət buyurdu: “Atam məni üç şeydən çəkindirərək buyurdu:

1. Övladım! Hər kim pis dostla oturub-dursa salamat qalmaz.

2. Hər kim münasib olmayan yerlərə getsə ittiham olunar.

3. Hər kim dilini saxlamasa günaha düşər.

Sonra həzrət aşağıdakı məzmunda bir şer oxudu:
“Dilini haqq və doğru söz danışmağa adət etdir ki, haqq əhli olasan. Çünki dili hər nəyə adət etdirsən ona da alışar. Dil hər hansı bir yaxşı və ya pislə tanış olsa, onu da tələb edəcək. Buna görə də bax ki, nəyə adət edirsən”./nur-az


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter