“Küfüv” nə deməkdir?
Cavab: Ərəb dilində küfüv – bənzər, tay mənasnı verir. Qurani-Kərimin İxlas (Qul huvəllah) surəsinin axırıncı ayəsində buyurulur: “Və ləm yəkun ləhu kufuvən əhəd”. (Onun heç bir tayı-bərabəri (bənzəri) yoxdur). Həmçinin, şəriətdə izdivacla bağlı kitablarda qeyd edilib ki, evlənən şəxslərin bir-birinə küfüv, yəni tay olmaları bəyənilən haldır. Yəni evlənən kişi ilə qadın iman, düşüncə, sosial təbəqə, savad və sairə baxımından bir-birinə uyğun olsalar, qurulan ailə daha möhkəm olar. Çünki ailə üzvləri bir-biri ilə ünsiyyətə qane olarlar. Amma əgər ortada ciddi fərqlər olsa, aralarındakı münasibətlər möhkəm olmaz və hətta ailənin dağılmaq ehtimalı yaranar./ixlas.