İnsanın öz ölüm vaxtını qabaqcadan bilməsi mümkündürmü?


Cavab: Qurani-Kərimdə qeyd edilib: “Həqiqətən, o saatı (qiyamətin qopacağı vaxtı) ancaq Allah bilir. Yağışı (istədiyi vaxt) göydən O yağdırır, bətnlərdə olanı O bilir. Heç kəs səhər nə kəsb edəcəyini, heç kəs harada öləcəyini bilməz. Allah isə, şübhəsiz ki, (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır!” (Loğman, 34). Ayədən görünür ki, əcəl haqqında bilik qeybə aiddir. Qeyb bilikləri Allaha məxsusdur.

Amma Allah qeyb xəbərlərindən bəzilərini seçilmiş bəndələrə öyrədər (Cin, 26-27). Qeybdən xəbər vermək peyğəmbərlərin möcüzəsidir; onlar bu yolla camaatı inandırıb Allahın dininə dəvət edirlər.

İmamlar, mömin şəxslər, övliyalar da qeyb aləmindən bəzi xəbərlər verməyə qadirdirlər. Bu xüsusiyyətə kəramət deyilir. Tarixdə çox adamlar olub ki, hətta öz ölümlərini qabaqcadan xəbər veriblər. Bu məlumatlar övliyalara çox zaman yuxuda verilir, ya da istədikləri məsələni öyrənmək barədə Allaha dua edirlər və duaları müstəcab olur. Öz ölümü və başqa qeyb xəbərləri barədə qabaqcadan məlumat almaq möhkəm iman və təmiz əxlaq vasitəsilə əldə edilə bilər./ixlas.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter