İslam ümmətinin vəhdətini qorunması üçün 3 mühüm vəzifə hansılardır?


İslam vəhdətini qazanmaq üçün üç mühüm nöqtəyə diqqət edilməlidir.

1. Hər bir müsəlman ölkəsində yaşayan müsəlmanlar – şiə və sünnü olaraq vətəndaş mövqeyindən çıxış etməli və daxili-xarici düşmənlərin qarşısında güc və vəhdət nümayiş etdirməlidir. Belə olduğu təqdirdə mümkün qədər ölkədə sabitliyi qoruyub saxlamağa cəhdlər ediləcək.

2. İkincisi müxtəlif ölkələrdə yaşayan islami məzhəb təmsilçilərinin vəhdətidir. Hər bir müsəlman bu gün çox yaxşı başa düşür ki, düşmən müsəlmanların vədətinin olmamasından sui-istifadə edib torpaqlarını və sərvətlərini qəsb edir, öz mənfur və oyunbaz adamlarını onlara başçı təyin edir. Buna görə də şiə məntəqəsidə terror edib sünnülərin, sünnü məntəqəsində qəza törədib şiələrin ayağına yazırlar. Müsəlmanlar isə bu kimi məsələlərdə ayıq-sayıq olmalı, düşməni sevindirməməlidir.

3. Nəhayət son və ən mühüm məsələ bundan ibarətdir ki, müsəlmanlar məzhəbindən asılı olmayaraq bir-birinin hidayətinə can atmalıdır. Hətta öz aralarında baş tutan debatlar belə sağlam təməllər üzərində qurulmalıdır. Məqsəd yanlış yolda olan şəxsi tutarlı və möhkəm dəlillərlə haqqa səsləmək olmalıdır. Məqsəd təhqir, alçaltmaq, müqəddəsatlara dil uzatmamaq olmamalıdır. Bu cür sağlam təməllərə dayanan debatların zərəri yox, faydası vardır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter