Qiyamət günü xalqdan şikayət üçün səhnəyə gələcək üç şey nələr olacaq?
İslam maarifində Qurana ehtiram ciddi tövsiyə olunmuşdur. Amma belə bir ehtiram o zaman mümkündür ki, insan ilahi kitabın göstərişləri ilə tanış olub, öz həyatının müxtəlif sahələrində həmin göstərişlərə əməl etsin. İctimai, elmi və əxlaqi yönümlərdə uyğun göstərişlərə əməl etmədən müqəddəs kitaba həqiqi ehtiram əlçatmaz olur. Allah-taala Quranla tanışlıq haqqında buyurur: “Ey insanlar, sizə Rəbbinizdən nəsihət, qəlblərinizdəkinə şəfa, möminlərə hidayət və mərhəmət gəlmişdir.” (“Yunus”, 57.)
Bir rəvayətdə həzrət Peyğəmbər (s) həyatını Quran göstərişləri əsasında qurmayanlar haqqında buyurur: “Qiyamət günü üç şey xalqdan şikayət üçün səhnəyə gələr: onlardan biri Quran, digəri məscid, o biri isə Peyğəmbər ailəsidir (itrət). (“Biharül-ənвar”, c. 7, s. 222.)
Növbəti hədisdə buyurulur: “Əgər iztirab və fitnələr qaranlıq gecə kütlələri tək sizə hücum etsə, Qurana üz tutun! Çünki Quran şəfaət edər və onun şəfaəti qəbul olar.” ((“Biharül-ənвar”, c. 92, s. 17.) Bəli, Quranın şəfaəti təsirlidir və qaranlığı işıqlandırar. Bu ilahi kitab insana nifrin də edə bilər və bu nifrin qəbul olar. Quranın nifrininə bu kitabın göstərişlərinə arxa çevirənlər layiqdir./nur.az