Dini ləqəblərdən olan Təbatəbai kimlərə deyilir?
Belə bir fikir formalaşıb ki, Təbatəba həm atası həm də anası seyyid olan şəxslərə deyilir ki, bu fikir əsassızdır.
İslaminSesi.info Bildiyimiz kimi İmamlar peyğəmbərin(s) nəslindəndir. İmamlardan yalnız İmam Həsənin(ə) övladlarına İmamət verilməyib. Buna görə bəzən İmam Həsənin(ə) övladları haqda az araşdırmalar aparılır.
Təbatəbai bir dini ləqəbdir ki, onu yalnız İmam Həsənin(ə) övladlarından olan seyyidlərə deyirlər. Qeyd etmək lazımdir ki, bu ləqəb İmam Həsənin(ə) bütün övladlarına və sülaləsinin bütün nümayəndələrinə verilmir. İmam Həsənin(ə) törəmələri olanlara Sadati-Həsəni deyirlər. Onların arasında bəziləri Təbatəbaidir.
Şeyx Mufid İmam Həsənin(ə) övladlarının sayının 15 olduğunu bildirir. İmamın oğlanları arasında yalnız dördünün nəsli davam etmişdir. Onlar bunlardır:
Həsəni-Müsənna, Zeyd, Əmr, Hüseyni-Əsrəm...