Qiyamətdə hansı insanlar daha çox 3 əməllərindən narahat olacaqlar?
Qiyamət günü bir çoxları həsrət çəkəcəklər. Bu həsrət bütün varlıqlarını bürüyəcəkdir. Həyatda olan həsrətlə müqayisə edilə bilməyən bir həsrətdir. Bu insanlar üç dəstədir:
a) O kəs ki, axirətini başqalarının dünyası üçün dəyişər. Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət günü hamıdan çox peşman olan insanlar o kəslərdir ki, axirətini başqasının dünyasına satmışdır”.
b) O kəs ki, ədaləti deyər, ancaq özü ədalətə riayət etməz. İmam Sadiq (ə) buyurur: “Qiyamət günü ən çox peşman olacaq insanlar o kəslərdir ki, insanlara ədalətdən danışar, ancaq özü başqalarına ədaləti rəva bilməz”.
c) O kəs ki, mal-dövlətini rəva olmayan yollarla toplayar.
İmam Əli (ə) buyurur: “Qiyamət günü ən böyük əfsus o kəsin əfsusudur ki, malını rəva olmayan yollardan toplamışdır. Cəhənnəmə gedər və o malı elə bir insana irs qoyar ki, Sübhan Allaha itaət yolunda xərcləyər və behiştə gedər”./Deyerler.