İmam Sadiq (ə) insan həyatında baş verən müsibətlər haqda səhabəsinə hansı tapşırığı verdi?
Mufəzzəl ibn Qeys deyir: İmam Sadiqin (ə) görüşünə getdim. Həyatımla bağlı bəzi məsələlərə görə şikayətləndim. Ondan dua istədim. Həzrət kənizini çağırıb buyurdu: “Əbu Cəfərin bizə göndərdiyi pul kisəsini gətir.” Kisəni gətirdilər. İmam buyurdu: “Bu kisədə dörd yüz dinar pul var. Bu puldan istifadə edib çətinliklərini aradan qaldır.” Dedim: “Sənə fəda olum, and olsun Allaha, pul almaq məqsədim yox idi. Yalnız dua üçün gəlmişdim.” Buyurdu: “Dua edərəm, amma düşdüyün hər çətinliyi camaata danışma, yoxsa yüngül görünər, alçalarsan!” (“Ricale-kəşiş”, 144; “Biharul-ənvar”, 47-34, bab 4, hədis 31; “Mustədrəkul-vəsail”, 7-226, bab 31, hədis 8101)/nur.az