Hər gün günəş çıxan zaman 4 mələk nə haqda nida çəkərlər?
Günəş doğan zaman dörd mələk onunla birlikdə olar. Onların hər birinin öz vəzifəsi vardır:
-Birinci mələk səslənərək deyər: “Ey xeyirxahlar, öz işlərinizi sona çatdırın və sevinc içində olun”.
-İkinci mələk: “Ey şər insanlar, (öz şər əməlinizdən) əl çəkin və tərk edin”.
-Üçüncü mələk deyər: “İlahi, infaq edənlərin savabını ver, simiclik edənləri isə tələf et”.
-Dördüncü mələk isə Günəşin istiliyindən azaldar. Çünki, əgər azaltmasa Günəş yeri yandırar./nur.az