Mələklər insanların hansı halətini gülünc hesab edirlər?


Mələklərin güldükləri kəslər bunlardır:

1. Bütün gün ərzində pis-pis danışır, axşam olanda da elə ki, işa namazını qılır, yenə boş-boş və lazımsız söhbətlərə başlayır. Bu zaman mələklər ona gülüb deyirlər: “Ey xəbərsiz! Səhərdən axşama qədər boş və puç danışıqdan doymadın, indi doyacaqsan?!”

2. Əlinə bel və külüng götürüb torpağını şumlamaqdan ötrü öz tarlasına gedən tamahkar kəndlidir. O, öz payını artırmaq məqsədilə qonşu tarla ilə öz tarlasını ayıran torpaq sahəsini də belləyib öz sahəsinə qatmaq istəyərkən mələklər ona gülüb deyərlər: “Bu genişlikdə torpaqdan gözün doymadı, bu kiçik hissədən doyacaq?!”

3. Özünü naməhrəm kişilərdən örtməyən qadın ölən zaman onu kəfənə büküb qaranlıq və gözlərdən gizlin olan yerə – qəbirə qoyarlar, mələklər gülüb deyərlər: “Rəğbətə səbəb olduğu zaman onu gizlətmirdiniz, indi gizlədirsiniz?! Halbuki, indi ona yalnız nifrət və ikrah olunar”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter