Mələklər kimlərin məzlumyyət halına ağlayarlar?


Mələklərin ağladıqları kəslər isə bunlardır:
1. Elm ardınca gedərkən yolda ölən qərib.
2. Övladları olmayan və ömürləri boyu övlad həsrəti ilə yaşayan yaşlı kişi və qadındır. Elə ki, yaşlı çağlarında övladları olar, onlar sevinər ki, bu yaşımızda bizim xidmətimizdə durar, öləndən sonra da bizi dəfn edər. Ancaq həmin övladları ata-anasından qabaq vəfat edər. Mələklər ata-anadan qabaq həmin övladın halına ağlayarlar.
3. Gecənin bir aləmi oyanıb (yuxulu olduğu üçün) anasının yoxluğundan xəbəri olmayan, ağlayaraq onun dalınca getmək istəyən yetimdir. O, ağlayan zaman dayə onun üstünə acıqlanıb deyər: “Niyə ağlayırsan?!” Bu an anasının olmamağı uşağın yadına düşər və ümidsiz halda susar. Həmin vaxt mələklər onun qəribliyinə ağlayarlar.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter