İmam Əlinin (ə) kitabı olan Nəhcül Bəlağənin dəyərini necə anlamaq olar?


Müsəlmanların sayının çox olduğu, dünya coğrafiyasının geniş bir hissəsini özlərinə ayırdıqları, zehin və ruhlarını müxtəlif fikirlərin, əqidələrin, ictihadların və cərəyanların hakim olduğu hazırkı şəraitdə İslamın erkən çağlarına aid mətnləri canlandıra bilsək bu ictihadlar üçün ümumi bir meyarın meydana gəlməsinə böyük kömək etmiş olarıq.
\"Nəhc əl-bəlağə\"yə bu prizmadan yanaşın. \"Nəhc əl-bəlağə\"yə bu baxışla yanaşdıqda əsla filan səhabənin və yaxud tabeinin hicrətdən əlli, altmış, yüz və ya yüz qırx il sonra yazılmış kitabı ilə müqayisə oluna bilməz.

\"Nəhc əl-bəlağə\" bizim ölkəmizə məxsus deyil, o, bütün İslam dünyasına aiddir. İslam dünyası da bu gün bir intibaha, yeni İslam həyatına can atmalıdır.

\"Nəhc əl-bəlağə\"ni canlandırmaq yalnız biz şiələrin vəzifəsi deyil. Bu, bütün müsəlmanların vəzifəsidir. Yəni İmam Əlini (ə) qəbul edən, müsəlman olan hər bir insanın borcudur. – Çünki İslamda bu böyük insanı qəbul etməyən kimsə yoxdur. – \"Nəhc əl-bəlağə\"ni bənzərsiz İslam irsi olaraq yaşatmaq, canlandırmaq lazımdır. Bu canlandırmada məqsəd çapı çoxaltmaq deyil. Lazımınca çox çap olmuşdur. Məqsəd \"Nəhc əl-bəlağə\" ilə bağlı tədqiqat aparmaq, işləməkdir.
Quran sahəsində çoxlu iş aparıldığı, çoxlu təfsirlər yazıldığı kimi \"Nəhc əl-bəlağə\" haqqında da bu işlər görülməlidir. Quran oxunduğu kimi \"Nəhc əl-bəlağə\" də oxunmalıdır. Çünki Quranın ardı, davamıdır. Müsəlmanlar Quranla üns bağladıqları kimi, Quranı bilməməyi özləri üçün nöqsan hesab etdikləri kimi \"Nəhc əl-bəlağə\"ni də bilməməyi özləri üçün nöqsan hesab etməlidirlər.:Ayətullah Seyid Əli Xamenei/nur.az


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter