Quranda ixlas məqamı dedikdə nə başa düşülür?
İxlas məqamı: Mühəqqiq Tusinin təbirincə ixlas bir işi (yalnız) Allaha görə yerinə yetirməkdir. Yəni insan öz qəlbini Haqqa yönəltməli, onun qəlb hərəmində qəlbləri dəyişdirən Allahdan başqası yerləşməməlidir. Qurani-kərim baxımından, “ixlas” insanın əsl mahiyyətidir və o əksər vaxtlarda nəfsani istəklər pərdəsi altında gizli qalır. (“Loqman” surəsi, ayə: 32.) Ayələrdə bəyan olunduğu kimi, Allah insandan əməllərini yalnız ixlasla yerinə yetirməsini istəyir. Əgər insan belə bir məqama nail olsa, istədiyi hər şeyə malik olmuşdur.
(“Bəyyinə” surəsi, ayə: 7-8.) Haqq-taalanın görüşünə ümid edib, Onun cəlal və camal sifətlərini arzulayan şəxs mömin olmalı, saleh əməllər yerinə yetirməli və öz işlərində – istər əqidəsində, istərsə də əməlində – Allaha şərik qoşmamalıdır. (“Kəhf” surəsi, ayə: 110. “İxlas” bəhsi ilə əlaqədar bax: “Təfsri mövzuiyi Quran”, 11-ci cild, səh. 253-258.)