“Gecə dırnaq tutmaq olmaz” fikri dini baxımdan doğrudurmu?


Cəmiyyətdə bu işin gecə edilməsi guya bəyənilməzdir deyilir. Lakin dırnağın gecə ikən tutulmasının bəyənilməz və ya məkruh olması haqda heç bir hədis, rəvayət və tövsiyə yoxdur.
İslaminSesi.info – İslam dinində müstəhəb buyurulan əməllərdən biri də dırnaqları tutmaq, onları uzun saxlamamaqdır. İmam Sadiq buyurur ki, dırnağı tutmaq müstəhəb onu uzatmaq isə məkruhdur.

İmam Sadiq(ə) dırnağı hansı yolla tutmaq barədə belə buyurur: O işi sol əlinizin kiçik barmağından başlayaraq, sağ əlinizin kiçik barmağında bitirin.

Hədislərdə dırnağın hansı günlərdə tutulması qeyd edilmir. Baxmayaraq ki, cümə günündə dırnağı tutub, bığları qısaldıb, baş yuyub təmizlik etmək bu günün əsas müstəhəb əməllərində gəlibdir.

Bəs dırnaqları gecə ikən tutmaq olarmı?


Cəmiyyətdə bu işin gecə edilməsi guya bəyənilməzdir deyilir. Lakin dırnağın gecə ikən tutulmasının bəyənilməz və ya məkruh olması haqda heç bir hədis, rəvayət və tövsiyyə yoxdur.

Dırnağı tutmaq ümumi şəkildə müstəhəb bir əməldir. Bunu istənilən zamanda etmək olar və burada gecə və ya gündüzün qeyd edilməsi əsassızdır.

Dırnaq tutmaqla bağlı cəmiyyətdə “dırnağı quyuya atmaq lazımdır” kimi miflər də formalaşıb ki, dini əsası yoxdur. Dinə əsasən tutulmuş dırnağı basdırmaq lazımdır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter