Niyə ümidsizlik küfrdür?
Həzrət Yusif (ə) dastanında oxuyuruq ki, Yəqub (ə) oğlanlarına deyir: «Ey mənim oğlanlarım, gedin Yusufu və qardaşını axtarın və Allahın qurtuluş və mərhəmətindən naümid olmayın ki, Allahın mərhəmətindən kafirlərdən başqa heç kim naümid olmaz». (“Yusif” 87).
Bu ayə onu demək istəyir ki, ümidsizlik insanı elə quyuya salar ki, insan Allahın rəhmətindən məyus olar və Allahı inkar edər. Bu günah o qədər böyükdür ki, İmam Sadiq (ə) onu kəbirə günah adlandırır.
Ümidsizliyin niyə küfr olması ilə bağlı deyə bilərik ki, ümidsiz insan belə düşünər ki, bu aləmdə elə bir kəs yoxdur ki, mənim çətinliklərimi həll etsin və işlərimin düyününü açsın. Bu inancı küfrə çevirən amil odur ki, Allahı və Onun qüdrətini inkar edər və Ona inanmaz. Vacib deyildir ki, dilinə gətirsin, bu fikri əgər qəlbindən keçirərsə, kifayətdir.
Allah Quranda buyurur ki, ancaq kafirlər İlahi rəhmətdən məyus olarlar. Bu ayə onu demək istəyir ki, ümidsizliyin küfrdə kökləri vardır. Yəni, əvvəl küfr gəlir, sonra ümidsizlik. Əvvəl Allahın inkarı gəlir və sonra qüdrətindən ümidsizlik gəlir.../Deyerler.