İmam Huseynin ə.s. Matəm Mərasimlərində Üzə-Sinəyə Vurmaq Düzdürmü?


☆Cavab: Həzrəti İmam Huseynin ə.s.Müsibəti Kimi Böyük Bir Matəmdə Başa və Sinəyə Vurmaq Adi və Təbii Bir Məsələdir.
☆Adətən İnsanlar Öz Ən Əziz Adamları Dünyadan Köçəndə Öz Üz-Başlarına Vururlar.

☆Sözsüz ki, Dini Gözdən Salan Yanlış İşlərdən Çəkinmək Lazımdır.

☆Təəssüf ki, Bəzi Avam İnsanlar İmam Mərasiminin Əzəmət və Təntənəsinə Mənfi Təsir Qoyan İşlərə Əl Atırlar.

☆Ağsaqqallar və Böyüklər Onları Nəzakətlə Belə Nalayiq Addımlardan Çəkindirməlidir.

☆Nəql Olunur ki, Bəni-Haşim Qəbiləsinin Qadın və Uşaqları Şam Şəhərindən Mədinəyə Sarı Hərəkət Edərkən Yol Əsnasında Qafilə Bələdçisindən Onları Kərbəlaya Aparmasını İstədilər.

☆Kərbəla Şəhidlərini Ziyarət Etmək Onların Arzusu İdi.

☆Kərbəla Torpağına Çatanda Cabir İbn Abdullah Ənsarinin və Bəni-Haşim Qəbiləsindən Bir Dəstənin Kərbəlada Olduğunu Gördülər.

☆Onlar da Həzrəti İmam Huseynin ə.s.Məzarını Ziyarət Etmək Üçün Gəlmişdilər.

☆Bu iki Karvan Qəm-Kədər İçində Bir-Biri ilə Görüşdü.

☆Onlar Hüznlə Ağlayır, Başlarına və Üzlərinə Vururdular.

☆Beləliklə, Kərbəla Düzündə Matəm Quruldu. (1)

☆Hədislərdə - Axtarış Apardığımız Qədər – Əhli-beyt ə.s. Matəmlərində Sinə Vurmaq Haqqında Bir Şey Tapmasaq da “Lətm” İfadəsi Zahirən Sinə Vurmağa da Şamil Olur. (2)

☆Sənəd:

☆1. Məclisi, “Bihar Əl-Ənvar”, Cild 45, Səyfə. 146.

☆2. “Aşura, Köklər, Amillər, Baş Verənlər, Nəticələr” Kitabından İqtibas Olunmuşdur, səh. 84.

☆( Həzrəti Ayətullah Məkarim Şirazi. )


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter