Ölənlərimizə nə kimi hədiyyələr göndərə bilərik?


Həzrət Peyğəmbər (s) buyurur: “Qəbirlərində yatan ölülərinizi unutmayın. Ölülərinizin sizin ehsanlarınıza ümidləri vardır. Ölüləriniz zindandadırlar və sizin yaxşı işlərinizə rəğbət bəsləyərlər. Onların iş görməyə qüdrətləri yoxdur, siz sədəqə və duanı onlara hədiyyə edin”.

İmam Rza (ə) buyurur: “Hər kim möminin qəbrini ziyarət edər və onun kənarında yeddi dəfə “Qədr” surəsini oxuyar, Allah onu qəbir sahibi ilə bir yerdə bağışlayar”.
Ayətullah Cavadi Amuli buyurur: “Quran ayələrini oxumaq, xüsusilə də “Qədr”, “Həmd”, “Tövhid”, “Yasin” və başqa surələr – ölülər üçün faydalıdır. Onlar üçün istiğfar edib dua etmək – savab gətirər. Əlbəttə Quran oxumaq və dua etmək sahibi üçün faydalıdır, qəlbini nurani edər. Bu savablar meyitə də çatar və onun bərzəx aləmində sevinməsinə səbəb olar”.

Hədislərin birində oxuyuruq: “Hər kim qəbiristanlıqda “Yasin” surəsini oxuyar, o qəbiristanlığın qəbir əhlinin əzabı azalar. Ölülərin sayı qədər qariyə savab yazılar. Dünya bəlaları və axirət əzabları ondan dəf olar və ona görə də bu surəni “Dafiə” adlandırırlar”./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter