Ayətullah Kuhistaninin sinəvuranlara hörmətlə yanaşmasının səbəbini necə açıqlayır?
Bir gecə yuxuda gördüm ki, onlar sinə vura-vura hüseyniyyəyə daxil olurlar və qarşılarında bir məşəl vardır.
Müqəddəs insanlardan sayılan böyük alim Ayətullah Kuhistani İmam Hüseyn (ə) matəmində sinəvuran əzadarlara çox hörmətlə yanaşırdı. Onun dostlarından biri deyir:
Məhərrəmin yeddinci günü idi. Ayətullah Kuhistani ilə görüşmək üçün hüseyniyyəyə getmişdim. Bu vaxt bir dəstə sinə vura-vura hüseyniyyəyə daxil oldu. Ayətullah əbasını bir tərəfə qoyub əzadarların arasına girdi və dəstənin arasında get-gəl etməyə başladı. Onun bu riyasız əməli bizim çox xoşumuza gəldi. Əzadarlıqdan sonra alim bizə buyurdu: Mən onları tanıyıram. Onlardan bəziləri şəri məsələlərə riayət etmirlər. Ona görə də onlar hər vaxt gəlsəydilər, o qədər də əhəmiyyət vermirdim. Ancaq bir gecə yuxuda gördüm ki, onlar sinə vura-vura hüseyniyyəyə daxil olurlar və qarşılarında bir məşəl vardır. Onun nuru hər yeri işıqlandırmışdı. Mən dünyada belə bir nur görməmişdim. Yuxudan oyandım və öz-özümə fikirləşdim: düzdür ki, onlar şəri qaydalara o qədər də riayət etmirlər, amma indi Əba Əbdillah Hüseynin (ə) qonaqlarıdır. Ona görə də onların hörmətini saxlamaq lazımdır. O gündən sonra hər vaxt sinəvuran dəstələr görsəm, onları çox hörmətlə qarşılayıram və hörmətlə yola salıram.
Ayətullah Kuhistaninin dostu dedi: Bir gün bir nəfər ağadan soruşur: Sinə vuranların hamısının bu işi Allaha xatir etdikləri məlum deyil.
Cənab Kuhistani bu sözdən narahat oldu və dedi: “Bu sinə vurmaqlığın heç birinin Allaha xatir olmadığını deməyə sənin cürətin varmı?”
Ayətullah Kuhistani sinə vurmaqlıq və əzadarlıq haqqında deyirdi: “Mən bu sinə vurmaqlıqda təsirlər görürəm”.
Qaynaq: “Əynəl-bukaiyyun”, səh. 116./nur.az