Abid Zulqərneynin təklifinə hansı 4 şərtlə cavab verdi?
Zulqərneyn öz ordusu ilə bir səhradan keçirdi və bir qoca kişini görür ki, namaza məşğul idi. Zulqərneynin əzəmətinə diqqət etmirdi. Zulqərneyn onun ruhunun böyüklüyünə təəccüb edir və namazı bitən kimi, ona deyir: “Mənim ordumun böyüklüyünü görən zaman niyə qorxmadın və halında dəyişiklik olmadı?”.
Abid deyir: “O kəslə münacatla məşğul idim ki, qüdrəti və ordusu sonsuzdur. Ondan ayrılıb sənə diqqət etməkdən qorxdum ki, inayətindən məhrum olaram və duamı bir daha yerinə yetirməz”.
Zulqərneyn deyir: “Əgər mənimlə birlikdə olsan, bütün istəklərini yerinə yetirərəm”.
Abid deyir: “Hər yerdə səninlə olmağa hazıram bir şərtlə ki, dörd şeyi mənə zəmanət edəsən.
1. Ardınca xəstəliyi olmayan sağlamlıq. 2. Məhv olmayan nemət. 3. Qocalıq və süstlük olmayan cavanlıq və qüdrət. 4. Ölüm olmayan həyat
Zulqərneyn deyir: “Mənim bu işlərə heç vaxt qüdrətim çatmır”.
Abid deyir: “Ona görə də mən bütün işlərin Onun qüdrəti altında olandan əl çəkmərəm və mənim kimi bir başqasına möhtac və aciz olan şəxsə söykənmərəm”./Deyerler.