Məhəmməd Peyğəmbərə (s) aid edilən portret həqiqətə uyğundurmu?


Cavab: Təəssüf ki, uzun müddətdir bir gənc oğlan portreti bəzi dindarlar tərəfindən Həzrət Mühəmməd Peyğəmbərin (s) şəkli hesab edilir. Son onilliklərdə bəzi müsəlman ölkələrində bu şəkil məqsədyönlü şəkildə dindarlar arasında təbliğ edilmişdir. İddia olunur ki, həmin portreti Peyğəmbərin (s) yeniyetməlik vaxtı əmisi Əbu Taliblə Şama səfəri zamanı görüşdüyü xristian rahib Bəhira (Büheyra) çəkibmiş. Bu məlumat tamamilə yanlışdır. Əvvəla, həmin portret miladi VII əsrin üslubuna qətiyyən uyğun deyil. O dövrdə bu üslubda portret dünyanın heç bir ölkəsində çəkilmirdi. İkincisi, həmin şəklin müəllifi və tarixi məlumdur. Portretin müəllifləri alman əsilli fotoqraf-rəssamlar Lehnert və Landrockdur. Onlar XX əsrin əvvəllərində bir müddət ərəb ölkələrində yaşamış və ərəb mühitini əks etdirən silsilə fotolar çəkmişlər. Tunisli gəncin simasını əks etdirən bu foto 1905-06-cı illərdə çəkilmişdir./ixlas


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter