İmam Əli (ə) qulağına bismillah dedi, dərsləri başa düşməkdə dərki artdı?


Bismillah. \'Həzrət İmam Əli (ə) qulağına Fatihə surəsini oxuyan Alim və Arif Şeyx Ənsari.\'

\"Şeyx Ənsarinin şagirdlərindən biri belə deyir:
İbtidai dini təhsilimi başa vurduqdan sonra elmimi təkmilləşdirmək üçün Nəcəfi-Əşrəf şəhərinə yollandım və Şeyxin dərslərində iştirak etməyə başladım.
İlk vaxtlar onun dərslərindən bir şey anlaya bilmirdim.
Nə qədər çalışsamda faydası olmurdu.

Nəhayət bir gün Həzrət İmam Əlinin (ə) ziyarətinə getdim və çoxlu dua edib dedim Ağacan (ə) Allahdan istəyinki zehnim yaxşı olsun.
Axşam yuxuda gördüm ki, Həzrət İmam Əlinin (ə) hüzurundayam.
Həzrət Əli (ə) mənim qulağıma \'Bismillahir rəhmanir rəhim\' dedi.

Səhəri gün dərsə gələndə artıq dərsi başa düşürdüm.
Yavaş-yavaş dərslərimdə irəliləyiş olmağa başladı.
Bir neçə gündən sonra artıq sinifdə mən də mövzu haqqında öz fikrimi söyləyirdim.
Bir gün dərsdə Şeyx Ənsari ağa ilə çoxlu bəhs edib ona iradlar tutdum.

Həmin gün dərs qurtarandan sonra Şeyxin hüzuruna getdim.
O, mənə baxıb təbəssüm edərək yavaşca qulağıma pıçıldayıb dedi Sənin qulağına \'Bismillah\' oxuyan mənim qulağıma Vəladdallinə (Fatihə surəsi ) kimi oxuyub.
Ağa bunu deyib getdi.

Mən bu işdən çox təəccübləndim və başa düşdüm ki,Şeyx Ənsari Ağa kəramət sahibidir,çünki o vaxta qədər yuxumu heç kimə danışmamışdım.\"


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter