Niyə Peyğəmbərimizin adı Muhəmməd (s) idi?


Həzrət Peyğəmbər (s) anadan olduqdan 7 gün sonra babası Əbdülmüttəlib bir qoyun kəsib, ehsan verir. Bütün Queryşin iştirak etdiyi qonaqlıqda o, nəvəsinin adını Muhəmməd (s) qoyur. Ondan soruşurlar ki, ərəblər arasında Muhəmməd adı çox az işlədildiyi halda, nəyə görə uşağın adını Muhəmməd qoydun? Cavab olaraq bildirir ki, onun göydə və yerdə təriflənməsini istədiyim üçün belə ad qoydum.
Həzrət Peyğəmbərin (s) şairi olmuş Həssam ibn Sabit bu haqda deyir: “Allah Öz adından Peyğəmbəri (s) üçün bir ad seçdi: Allah Özü Mahmud idi, onu da Muhəmməd adlandırdı”. Hər iki sözün kökü də, mənası da eynidir. Sözsüz ki, Peyğəmbərin Muhəmməd (s) adlandırilmasında İlahi ilhamın təsiri olmuşdur. Bəzi tarixçilərin verdiyi statistik məlumata görə, o vaxtacan cəmi on alti nəfər Muhəmməd adlandırılıbmiş. Bir addan nə qədər az olsa, onun haqqında səhvə yol vermək bir o qədər azalar. Əvvəlki səmavi kitablarda Həzrət Peyğəmbər (s) haqqında məlumat verildiyini nəzərə alsaq, həmin əlamətin Peyğəmbərlə üst-üstə düşməsində hər hansı bir yanlışlıq, uyğunsuzluq olmamalı idi. Əlamətlərdən biri də o Həzrətin (s) adı olmuşdur. Buna görə də bu addan o qədər az olmalı idi ki, Peyğəmbəri-Əkrəm (s) dəqiqliklə taninmalıydı.

Xəyalə Quliyeva
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Jurnalistika Məktəbinin məzunu


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter