Ayələrin mənasını bilmədən Quran oxumağın faydası varmı?


Sual: Əgər ayələrin mənasını başa düşmürüksə, Quran tilavət etməyin bir təsiri və faydası varmı?

Cavab: Əgər Quran tilavət etməyin əhəmiyyət və fəzilətini bilsək, Quranın Allah kəlamı olduğunu başa düşsək, Quranla ünsiyyət bağlayıb, onu tilavət etməkdən ləzzət ala bilsək, heç vaxt özümüzlə Quran arasında fasilə salmağa razı olmarıq, bu böyük feyzi əldən vermərik, ən azından gündə 50 ayə tilavət etməkdən özümüzü məhrum etmərik.

Hətta bəzi surə və ayələrin mənası sizə aydın olmasa da “başa düşmədən oxumağın nə təsiri olacaq” deyərək, Quran tilavət etməkdən uzaq düşməyin. Çünki Quran Allahın kəlamıdır, əgər bir kəs onun mənasını da bilmədən oxusa, səmərəsiz deyil. Üstəlik, Quran ilahi bir nurdur və onu qiraət etmək özü təklikdə bir ibadətdir. Hətta,
onun mənasını bilməsəniz də.

Nuru başa düşmək mümkün olmasa da nur öz işığını göstərir. Zikrin mənasını bilməsəniz də öz təsirini qoyur. Dərmanın tərkibini, necə hazırlanmasını bilməsəniz də dərmandan istifadə etdikdə, mütləq öz təsirini qoyur. Quran nurdur, zikrdir, şəfadır./nur-az


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter