Müsbət hesab edilən ümidsizlik hansı növ ümidsizlikdir?


“Möminin izzət və şərəfi ondadır ki, başqalarından məyus olsun və insanların əlində olanlardan ümidini kəssin”
İslaminSesi – Dini mənbələrə əsasən insanda ümidsizlik xüsusiyyəti onu kafirə bənzədər. Qurani-Kərimdə çox sayda ayələr vardır ki, insanı Allah rəhmətinə qarşı ümidsiz olmaqdan çəkindirir. Məsələn: “De: Ey Mənim (günah vasitəsi ilə) özlərinə zülm etməkdə həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin. Şübhəsiz, Allah (tövbə ilə) bütün günahları (hətta şirki) bağışlayır. Çünki bağışlayan və mehriban Odur!” (Zumər,53)

Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət günü Allah Təala ümidsizləri elə qəbirdən qaldırar ki, simalarının qaranlıq və zülməti nuraniliyə qələbə çalar. Sonra deyilər ki, bunlar o kəslərdir ki, Allahın rəhmətindən ümidsiz olmuşdular”.

Ümidsizlik insanı hədəfinə çatmaqdan saxlayır. Halbuki, bu hədəf üçün əvvəllər çox çalışırdı. Ancaq indi ümidsiz olduğu üçün onda bir hərəkət və səy yoxdur.
Quran ayələri və hədislər ümidsizliyi iki yerə bölür: bəyənilən və bəyənilməyən ümidsizlik.

İnsan İlahi rəhmətdən ümidini kəsən zaman və Allahın bir daha onu bağışlamayacağına inanmayacağı zaman, onun cəhənnəmə getməsi mütləq olar.

Yuxarıda deyilən ayə bunun aydın sübutudur. Ümidsizlik nəticəsində insan çox sayda günah işlədir və Allahın bir daha onu əfv etməyəcəyinə inanır. Elə bilir ki, Allah onu bir daha sevməyəcək və bağışlamayacaqdır. Şübhəsiz, o, cəhənnəm əhlindən olar.

Allah Taala Peyğəmbərə (s) buyurur ki, əgər bəndələr özlərinə zülm ediblərsə, İlahi rəhmətdən məyus olmasınlar. Allah onun günahlarını bağışlayar. Çünki O, çox bağışlayan və mehribandır.

Ümidiszlik nəticəsində insan dua etməkdən, İlahi dərgahda ağlamaqdan uzaqlaşar. Bu zaman şeytanın ordusuna daxil olar. İlahi rəhmətdən ümidsiz olmaq
Bu növ ümidsizlik kəbirə günahlardandır və insanın kafirə bənzəməsinə səbəbə olar.

Bəs bəyənilən ümidsizlik nədir?

Bəyənilən ümidsizlik - o ümidsizlikdir ki, Allahdan qeyrisinə aid olsun. İnsan Allahı əsl Xaliq və Feyz Mənbəyi kimi qəbul etməlidir. Qeyrisindən ümidsiz olmalıdır. O, bu inancda olmalıdır ki, əgər başqası da nəyisə edə bilirsə, bu əzəmətli Allahın yardımı və izni ilə baş verir.
İmam Sadiq (ə) buyurur: “Möminin izzət və şərəfi ondadır ki, başqalarından məyus olsun və insanların əlində olanlardan ümidini kəssin”. /islaminsesi.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter