Behişt əhli Qiyamət günü nədən nigaran olacaqdır?


“Və o kəslər ki, Allahın, birləşilməsinə əmr etdiyi şeyə (Allaha, peyğəmbərlərə, qohumlara, əmr sahiblərinə və cəmiyyətə) birləşir, özlərinin Rəbbindən çəkinir və (Qiyamətdəki) hesabın çətinliyindən qorxurlar”. (“Rəd” 21).

Onlar adətən ona görə nigaran olurlar ki, Allah birdən bütün kamal və haqqı onlardan alar və əlləri boş qalar. Onlar düşünərlər ki, əgər Allah ədaləti ilə bizimlə rəftar etmək istəsə və bütün kamalları bizdən almaq istəsə, biz nə edərik? Bu insanların qorxusu ona görədir ki, yerinə yetirdikləri həsənələr birdən hesaba alınmaz. Əksinə, pis əməllərinin hamısını hesaba alarlar və buna görə də günah əhlindən hesab olunarlar.

Hər bir insan Qiyamət günündə verəcəyi hesabdan qorxursa, gərək bu dünyada başqalarının haqqına qarşı da o cür qorxu və ehtiyat içində olsun. İnsanlarla mülayim olmaq, onlara qarşı kobudluq etməmək – həqiqi möminin sifətlərindəndir. Əgər Allahın bizə qarşı rəhimli olmasını istəyiriksə, gərək biz də başqalarına qarşı rəhimli olaq.
İmam Sadiq (ə) yuxarıdakı ayə ilə bağlı buyurur: “Onun qorxusunu çəkirlər ki, yaxşı əməllərini qəbul etməzlər və onları pis əməlləri ilə (hesaba) götürərlər”.
İmam Sadiq (ə) başqa yerdə bu ayə ilə bağlı buyurur: “Sui-hesabın mənası budur ki, pis əməllərini hesaba alarlar. Həsənələrini hesaba almazlar. Budur isteqsanın həqiqəti”.

Əllamə Təbatəbai buyurur: “Bu mübarək ayədə adı çəkilən sui-hesab – isteqsadır”.

İsteqsa nədir? Bununla bağlı İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: “Din qardaşının şikayət etdiyi bir kişini İmamın (ə) yanına gətirirlər və İmam (ə) ona buyurur: “Niyə filan qardaşın səndən şikayət edir?”. Həmin kişi deyir: “Məndən ona görə şikayət edir ki, mən isteqsa haqqımı ondan istəmişəm”. İmam (ə) qəzəblənərək əyləşir və buyurur: “Sanki sən əgər qardaşının haqqına isteqsa etsəydin, pis iş görməzdin? Mənə de görüm o şeyi ki, Allah Təala Quranda möminlər haqqında buyurur: “Hesabın çətinliyindən qorxurlar”, onlar ona görə qorxurlar ki, Allah onlara zülmü rəva bilər? Allaha and olsun ki, belə deyildir. Onların qorxusu yoxdur, məgər isteqsadan və hesablarına diqqətlə nəzər salmaqlarından başqa. Allah bu isteqsanı sui-hesab adlandırmışdır. Ona görə də hər kim isteqsa edər, pislik etmiş olar”. İsteqsa yəni, pis əməllərini hesaba almaq, yaxşı əməllərini deyil.

İmam Sadiq (ə) buyurur: “Sieyi-rəhm Qiyamət günü hesabın asan olmasına səbəb olar” və ondan sonra yuxarıdakı ayəni tilavət edir. “O kəslər ki, Allahın əmr etdiyinə sileyi-rəhm edərlər, qohumlarına və Allaha qarşı xəşiyəttə olarlar. Hesabın pis olmasından qorxarlar”.
Beləliklə deyə bilərik ki, behişt əhlinin Qiyamət günü ən çox nigarançılığı sui-hesaba görə olar. Onlar qorxarlar ki, məbada yaxşı əməlləri hesaba alınmaz, pis əməlləri hesaba alınar./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter