Həzrət Məsumənin hərəmi tarix boyu kimlər tərəfindən bərpa edilib?


İslaminSesi – Həzrət Məsumə xanım hicri-qəməri tarixi ilə 201-ci ildə Quma daxil olub. O həzrət Quma gəldikdən cəmi 17 gün sonra vəfat edib.

Həzrət Məsumə Quma gələndə o zaman Qum kiçik bir kənd idi. Həzrət Məsumə hazırda Mir meydanı adlanan və o zaman Musa ibni Xəzrəcin evində məskunlaşır.

Qardaşı İmam Rza kimi qürbətdə vəfat edən həzrət Məsumə qumlular tərəfindən kəndin kənarında yerləşən Babilan bağında dəfn edilir.

Musa ibni Xəzrəc birinci şəxs idi ki Məsumə xanımın məzarı üzərində bir kiçik dam tikdi.

İmam Cavadın qızı həzrət Zeynəb 256-cı ildə Məsumə xanımın məzarı üstündə günbəz (türbə) tikir.

Məzar bu şəkildə 4 əsr Əhli-beytsevərlərin ziyarətgahına çevrilib.

Hicri ilinin 605-ci ilində Ali-Müzəffər xanidanının böyüyü Əmir Muzəffar Əhməd bin İsmailin dəstəyi ilə dövrün ən yaxşı ustaları və bənnaları cəlb edilir. Burada həzrətin məzarının gümbəzinin ətrafında əlavə tikililər ucaldılır. Gümbəzin içi kaşi və mərmərlə bəzədilir.

965-ci ildə Şah Təhmasib Səfəvi məzar üçün çox mücəlləl bir zərih düzəltdirir.

1230-cu ildə Fətəli Şah Qacar həmin zərihi gümüş örtüklə bəzətdirir. 1280-ci ildə həmin zərih yenidən bərpa edilir.

Bu zərih 1368-ci ildə yenisi və daha mücəlləli ilə əvəz olunur. Hazırda xanımın hərəmində olan zərih o zərihdir.

Hazırda Məsumə xanımın barigahının ətrafında olan və ona birləşən 4 ruvvaq (böyük zal) 3 səhn (həyət və meydan) var. Hərəmin 3 minarəsi var.

Son zamanlarda Məsumə xanımın hərəmi genişləndirilərək, böyük ictimai-dini obyektlər oraya əlavə edilib.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter