“Və əccil fərəcəhum” cümləsini şiələrmi salavata artırmışlar?


Bəzən soruşurlar ki, Muhəmməd və Ali- Muhəmmədə göndərilən salavatdan sonra deyilən \"Və əccil fərəcəhum\" (\'وَ عَجِّلْ فَرَجَهُمْ\') ifadəsi hədislərdə gəlmişdirmi, dinin mətinlərdə qeyd edilmişdirmi? Ya İmam Zaman (ə.c) aşiqləri tərəfindən artırılmışdır və şiələr özlərindən bu qeydi salavata əlavə etmişlər?

Bu sualın cavabı olaraq İmam Sadiqdən (ə) rəvayət edilən aşağıdakı hədisə diqqət yetirək:

\"مَنْ قالَ بَعدَ صَلوةِ الْفَجْرِ و بَعدَ صَلوةِ الظُّهرِ اَللَّهُمَّ صَلِّ عَلی مُحَمَّد و اَلِ مُحَمَّد و عَجِّل فَرَجَهُمْ لَمْ یَمُتْ حَتّی یُدْرِکَ الْقَائِمَ مِن اَلِ مُحَمَّد صلی الله علیه و آله و سلم\"

\"Hər kim sübh və günorta (zöhr) namzından sonar desə \"Allahummə səlli əla Muhəmmədin və Ali- Muhəmməd və əccil fərəcəhum\" Ali- Məhəmmədin(s) Qaimini (Qiyamçısını) görmədən bu dünyadan getməyəcəkdir!\" Mənbə: \"Səfintül- bihar\", Şeyx Abbas Qumi, c. 2, s. 49


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter