Qiyamətdə Allahın qonşuları adına layiq görülənlər kimlərdir?


İslaminSesi – Hədislərdə böyük savaba malik olan işlərin sırasında məktəb, mədrəsə, körpülər, yolllar, məscidlər və sair ümumi mənfəətli məkanların salınması və tikilməsidir.

Bəzən ona “Sədəqətun Cairiyə” bəhrəsi davam edən sədəqə də deyilir.

Məscidi tikən şəxs o məscidin içində edilən idadətlər bə digər savablı əməllərin əcrində şərikdir.

Hədislərin birində Allah məscidi tikənləri onu təmir edənlər və onu başsız qoymayanları özünə qonşu bilir.

Məhəmməd Peyğəmbər buyurub:

“Qiyamət günündə Allah deyər: Hanı mənim qonşularım?!. Bu zaman mələklər, İlahi sənə kim qonşuluq etməyə layiqdir?. Allah buyurar: Məscidi abad edənlər.

Burada abad edənlər dedikdə onu tikənlər, təmir edənlər, və onu aktiv saxlayanlar nəzərdə tutulur.

Qeyd etmək lazımdır ki, bir çox müsəlman cəmiyyətlərində məscid tikmək bir sıra imkanlı şəxslər tərəfindən həyata keçirilir ki onların niyyətlərində şübhələr vardır. Misal üçün məscidi xeyriyyəçidir deyə, tanınsın deyə, hörmət qazansın deyə tikmək, riyakarlıq hesab edilir və bunun qiyamətdə cəzası ağırdır.

Bu mövzuda daha bir məsələni qeyd etmək lazımdır. Tikilən bir çox məscidlər bəzən günlərlə həftələrlə boş qalır və orada namazlar belə qılınmır və camaat namazları bərpa edilmir. Məscidi tikən şəxs də bu məsələlərə diqqət yetirməlidir. Yəni məscidlər adətən ibadət evlərinin olmadığı kvartallarda, yaşayış massivlərində və yaxud ehtiyaclı olan bölgələrdə salınmalıdır.

Hədislərdə buyurulur ki o dünyada Quran və Məscid də müsəlmanlardan Allaha şikayət edəcək. Quran deyər insanlar məni yaddan çıxardılar, məscid deyər onlar məni tətil etdilər.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter